AZ

Ağdamda “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR

Ağdam Muğam Mərkəzində “Qasım bəy Zakir və Qarabağ ədəbi-ictimai mühiti” mövzusunda elmi konfrans keçirilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları,  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Millət vəkili Bəxtiyar Əliyev, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, Filologiya elmləri doktoru, professor, Qasım bəy Zakir irsinin tədqiqatçısı Raquf Kərimov,  xalq şairi Sabir Rüstəmxanlı, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qasım bəy Zakir nəslinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə etmişlər. Daha sonra görkəmli ədibin yaşadığı Xındırıstan kəndində iştirakçılar tərəfindən müxtəlif ağac və gül kolları əkilmişdir.

Ağdam Muğam Mərkəzində davam edən konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər XIX əsr realist Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Qasım bəy Zakirin ədəbi irsinin xalqımızın mədəniyyət xəzinəsinə daxil olmasından, onun yaradıcılığında ana dilimizin imkanlarının dolğun əks etdirilməsindən, Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Qasım bəy Zakirin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınmasından bəhs etmişlər.
Tədbirin gedişində Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Haşımova tərəfindən çəkilmiş ədibin portreti və tədbirdə iştirak edən alimlərin müxtəlif mövzulara aid kitabları Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova təqdim edilmişdir. 
Tədbirin bədii hissəsində Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin ifasında müxtəlif musiqi nömrələri konfrans iştirakçılarına təqdim edilmişdir.

Seçilən
8
1
unikal.az

5Mənbələr