AZ

Saziş olsa belə, Tramp hərbi yardımı bərpa etməyəcək - KİV

Ukraynanın nadir torpaq ehtiyatları ilə bağlı sövdələşmə ABŞ-ın Kiyevlə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməsi üçün kifayət etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadla məlumat yayıb.

“Donald Tramp köməkçilərinə başa salıb ki, sövdələşmədən əlavə, Vladimir Zelenskinin sülh danışıqlarına münasibətini dəyişməsi və ərazi danışıqları da daxil olmaqla güzəştə getməyə hazır olması zəruridir. Tramp həmçinin Ukraynada seçkilərin keçirilməsi istiqamətində irəliləyiş əldə etməyə çalışır və Zelenskinin istefası barədə düşünməsini istəyir”, - məlumatda qeyd olunub.

Seçilən
8
14
axar.az

10Mənbələr