Niderlandın Eyndhoven şəhərində taekvondo üzrə 52-ci açıq Niderland çempionatı start götürüb.
Futbolpress.az xəbər verir ki, yarışın ilk günündə böyüklərdən ibarət milli komandamızın üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) mübarizəyə qoşulublar.
Hər iki idmançı bürünc medallara layiq görülüb.