AZ

Xabi Alonso: “Bu oyunu unudub, “Bayern”lə matça köklənməliyik”

“Bayer”in baş məqşçisi Xabi Alonso Almaniya Bundesliqasının 25-ci turunun “Verder”lə ev oyununda məğlubiyyəti (0:2) şərh edib.

Arena.az Almaniya Bundesliqasının rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir.

“Oyun bizim üçün yaxşı alınmadı. Bu gün biz qalib gəlməli idik, indi isə əldən buraxdığımızın əvəzini çıxmalıyıq. Hazırda vəziyyət bundan ibarətdir.

Güman ki, heyətdəki yeddi dəyişiklik (Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə səfərdə ilk oyunu (0:3) ilə müqayisədə – redaktorun qeydi) – bu, həddindən artıqdır. Amma biz bu oyunu tezliklə ununtmalı və çərşənbə axşamına (“Bayern”lə Çempionlar Liqasının 1/8 finalının cavab oyununa – redaktorun qeydi) köklənməliyik. Biz özümüzü yenidən sınaqdan keçirməliyik. İnamsız imkan yoxdur, biz isə imkanımızın olmasını istəyirik”, deyə Xabi Alonso vurğulayıb.

25 oyundan sonra 53 xalla “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Verder” isə 33 xalla 12-ci pillədədir.

Almaniya Bundesliqasına 61 xalla “Bayern” başçılıq edir.

Seçilən
16
arena.az

1Mənbələr