AZ

Vensan Kompani autsayder “Boxum”a məğlubiyyəti şərh etdi

“Bayern”in baş məqşçisi Vensan Kompani Almaniya Bundesliqasının 25-ci turunun autsayder “Boxum”la ev oyununda məğlubiyyəti (2:3) şərh edib.

Arena.az belçikalı mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir.

Əlavə edək ki, “Bayern” 2:0 hesablı üstünlüyünü qoruya bilməyib.

“Boxum”u təbrik edirəm. Biz məyusuq. Yaxşı başladıq, amma qırmızı vərəqə almamalı idik. Ancaq lap on nəfərlə olsa da, biz bu oyunda qalib gəlməyə borclu idik, ən azından uduzmamalı idik. Bu gün isə bu, baş vermədi. Bəraət axtarmırıq, komandamız məğlub oldu.

Bunu təhlil edəcəyik. Məsuliyyəti üzərimə almalı və düzgün qarşılıq verməliyəm. Hətta on oyunçu ilə belə, “Bayern” oyunlarda qalib gəlməlidir və ya sadəcə olaraq, məğlub olmamalıdır. “Boxum” özünü qalib hiss etməyə layiqdir, buna nə qədər güc gərək olduğunu bilirəm. Hazırda, bizim üçün növbəti oyun vacibdir”, deyə Vensan Kompani vurğulayıb.

Autsayderə ev məğlubiyyətinə rəğmən, 25 oyundan 61 xalla “Bayern” Almaniya Bundesliqasının yarş cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Boxum” isə 20 xalla 18 komanda arasında 16-cı pillədə – “uçuş zolağında”dır.

Seçilən
10
arena.az

1Mənbələr