Mahir Emreli Almaniya 2-ci Bundesliqasının 25-ci turu üzrə "Münster" - "Nürnberq" oyununda heyətdə yer almayıb. 

Offsideplus.az xəbər verir ki, BILD nəşrinin məlumatına görə, oruc tutan futbolçunun fiziki durumu yüksək səviyyədə deyil. Miroslav Kloze də Ramazan ayında Mahirin çox çalışdığını bildirib. Buna rəğmən futbolçu ac-susuz qaldığı üçün formasını tamamilə itirib.

Baş məşqçi Azərbaycan millisinin üzvü ilə söhbət etdiyini və onun inanclarına hörmətlə yanaşdığını bildirib. Lakin bu, Klozenin məşqdə 27 yaşlı hücumçunun bu həftəki performansından narazı qalmasına əngəl olmayıb. 

Qeyd edək ki, Mahir Emreli cari mövsüm "Nürnberq"də 16 oyuna çıxıb, 4 qol və 1 assistə imza atıb.