Demokrat.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva festival çərçivəsində keçirilən “Xəyal etmək azadlığı” mövzusunda sərgidə iştirak ediblər.
Martın 9-dan aprelin 6-dək davam edən builki sərgi qadınların həm fərdi, həm də kollektiv şəkildə xəyallarını necə təsəvvür və ifadə etdiklərini, necə vizuallaşdırdıqlarını araşdırır. Festival sərgi və dinamik ictimai proqram vasitəsilə dialoq, düşüncə və bədii araşdırma üçün platforma yaradır.
Lesli Qrey və Ayna Moazzenin kuratorluq etdiyi sərgi açıq çağırışla seçilmiş 23 azərbaycanlı və 3 beynəlxalq rəssamı, həmçinin beynəlxalq kuratoru bir araya gətirir. Sərgidə rəsm, video əsərlər, tamaşalar və instalyasiyaları daxil olmaqla, müxtəlif bədii üslublar və vizyonlar nümayiş etdirilir. Sərgi təxəyyülün şəxsi təcrübələrdən, sosial kontekstlərdən və mədəni normalardan təsirlənərək həm imkanlar, həm də məhdudiyyətlər üçün bir məkan kimi necə xidmət etdiyini araşdırmaq məqsədi daşıyır.
10Mənbələr
-
adalet.azLeyla və Arzu Əliyeva sərgiyə qatıldılar - FOTOLAR ( 15939009)
-
qaziler.azLeyla Əliyeva ilə Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak etdilər - Fotolar ( 15938979)
-
hokm.azLeyla və Arzu Əliyevalar sərgidə ( 15938453)
-
avtosfer.azLeyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər - FOTO ( 15937029)
-
viral.azLeyla və Arzu Əliyevalar sərgidə ( 15936653)
-
redaktor.azLeyla və Arzu Əliyevalar sərgidə - FOTO ( 15936649)
-
xalqqazeti.azHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər ( 15936477)
-
cebheinfo.azLeyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR ( 15936467)
-
tribunainfo.azLeyla və Arzu Əliyevalar sərgidə – Fotolar ( 15936303)
-
yenisabah.azLeyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak etdi - Fotolar ( 15936297)