AZ

Qapıçısını 30-35 milyon avroya satmağa hazırdır – P remyer Liqanın son çempionu

Braziliyalı qapıçı Ederson Morayesin “Mançester Siti”ni tərk etmə ehtimalı artır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” növbəti transfer pəncərəsində 31 yaşlı futbolçunu satmağa hazırdır.

İngiltərə klubunun Ederson üçün 30-35 milyon avro civarında məbləğ tələb edəcəyi iddia edilir.

Ederson bu mövsüm bütün yarışlarda 28 oyun keçirib, 43 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlaya bilib. Onun “Mançester Siti” ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Seçilən
64
8
sportinfo.az

10Mənbələr