AZ

“Onlar törətdikləri cinayətləri öz dilləri ilə etiraf ediblər”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" platformasındakı paylaşımında İrəvanı ittiham edib. Hikmət Hacıyev qeyd edb ki, Bakıdakı məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onları məhkəmə prosesinə qarşı yeni bir tə

Prezidentin köməkçisi bildirib ki, “məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti, keçid ədalətinin bərpası və regionda davamlı sülhün təmin edilməsi üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir”.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov, xalqımıza qarşı cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd edib:

“Azərbaycan xalqına qarşı bəşəri və ağır cinayətlər törətmiş Ermənistanın keçmiş idarəçilərinin Azərbaycana verilməsi tələbi haqlı və yerinə yetirilməsi mütləq olan məsələdir. Həmin idarəçilərin özləri öz cinayətlərini öz dilləri ilə etiraf etməklə yanaşı, Azərbaycan hüquq mühafizə orqanlarının topladığı dəlillərlə sabitdir. Sarkisyanın Avropa Parlamentində etdiyi və Xocalı barəsində etirafı hamıya bəllidir. O qeyd etmişdi ki: “Xocalı hadisələrinə kimi heç kim Ermənistanın belə əməllər törədəcəyinə inanmırdı. Biz Xocalıda etdiklərimizlə bu stereotipi sındırdıq”.

Göründüyü kimi bu, Xocalı soyqırımının açıq etirafıdır. Azərbaycan xalqına qarşı bir çox bu kimi cinayətlər törədilib və günahkarları da bəllidir. İndi onların bir neçəsinin məhkəməsi Bakıda keçirilir, amma ən böyük cinayətkarlar hələ Ermənistanda azadlıqdadırlar və öz revanşist planlarını cızırlar.

Azərbaycan dövləti Ermənistandan onların, yəni Köçəryanın, Sarkisyanın, Balasanyanın və s. məlum ermənilərin Bakıya təhvil verilməsini qəti şəkildə tələb etməlidir. Bunu sülh müqaviləsi üçün şərt kimi də qoymalıdır. Ermənistanın bu tələbə ciddi yanaşmaması durumunda Azərbaycan təzyiq üsullarından istifadə etməlidir. İlk addım kimi Azərbaycan Ermənistanla sülh danışıqlarından çəkilə, prosesi dayandıra bilər. Hərbi gücün istifadə təhlükəsini də Ermənistana çatdırmalıdır. Hesab edirəm ki, ən məqbul yol, onların kəşfiyyat xidmətinin əli ilə Ermənistanda məhv edilməsi yoludur. İsrail və Ukraynanın bu metodlardan uğurla istifadə etdiyi kimi”.

Seymur ƏLİYEV

 

Seçilən
9
1
moderator.az

2Mənbələr