“Fənərbağça” Dominik Livakoviç üçün gələn təklifləri dəyərləndirməyə qərar verib.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı qapıçıya Avropanın bir neçə klubundan maraq olduğu bildirilir. İstanbul təmsilçisi Livakoviçin mümkün ayrılığına qarşılıq olaraq yeni qapıçı transfer etməyi planlaşdırır. Siyahıda İngiltərə Premyer Liqasının ulduzları – “Liverpul”un qapıçısı Alisson Beker və “Mançester Siti”nin əsas qolkiperi Ederson da yer alır.
Bu transferlərin reallaşması çətin görünsə də, “Fənərbağça” heyətini gücləndirmək üçün hər iki ulduz qapıçının vəziyyətini yaxından izləyir. Klub rəhbərliyi Livakoviçin taleyi dəqiqləşəndən sonra rəsmi addımlar atmağı planlaşdırır.