"Qarabağ"ın futbolçusu Patrik Andradenin Ağdam klubundakı taleyi hələ ki bəlli deyil.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, kabo-verdelinin komandada ayrılmaq ehtimalı da var.
Ağdam klubu Andrade ilə yoluna davam edib-etməyəcəyinə də qərar verməyib. Bu sezon çox oynamasına və əsas heyətə düşə bilməməsinə görə Andradenin komandadan ayrıla biləcəyi də gözlənilir. Amma "Qarabağ" onunla müqavilə müddətini 1 illik artırmaq haqqına sahibdir.
Patrikin "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 15-də "Partizan"dan "Qarabağ"a geri qayıtmışdı.
İdman.biz