AZ

Xaçmazda yük avtomobili yanıb

Bu gün Xaçmaz şəhəri ərazisində yük avtomobili yanıb.

APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan yük avtomobili qəfil alışıb. Nəqliyyat vasitəsinin kabinəsi tamamilə yanıb. Əraziyə Fövq əladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
4
apa.az

5Mənbələr