Misli Premyer Liqasının 26-cı turunda "Sabah" "Şamaxı"nın qonağı olub.
“İki sahil”in məlumatına görə, saat 15:00-da başlayan yarışda yeganə qolu 30-cu dəqiqədə Edqar Adilxanov vurub.
Bununla da “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib.
Misli Premyer Liqası,
26-cı tur
9 mart
15:00. “Şamaxı” 1–0 “Sabah”
Qol: Edqar Adilxanov, 30
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”