AZ

“Şamaxı” “Sabah”ı məğlub etdi

Misli Premyer Liqasında daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, "Şamaxı" doğma meydanda "Sabah"la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. "Sabah" isə 34 xalla beşinci sıradadır.

Günün saat 17:30-da başlayacaq oyununda "Zirə" "Səbail"i qəbul edəcək.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.


Telegram kanalımız
Seçilən
1
2
yenisabah.az

7Mənbələr