AZ

Ağ ev yaxınlığında atışma olub, silahlı şəxs güllələnib

Bu gün səhər saatlarında Ağ ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.

Həmin vaxt Prezident Donald Tramp Ağ evdə deyil, Floridada iqamətgahında olub.

Qeyd edilib ki, xüsusi xidmət orqanları İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Həmin şəxsin avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə atəş açmağa başlayıb.

Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib, sağlıq durumu açıqlanmır.

Seçilən
16
31
apa.az

10Mənbələr