Azərbaycan Premyer Liqasında XXVI turun daha bir görüşü keçirilib.
Msport.az xəbər verir ki, ikinci oyun gününün açılış matçında “Şamaxı” və “Sabah” komandaları üz-üzə gəlib.
Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 30-cu dəqiqədə Azərbaycanın ən istedadlı futbolçularından olan Edqar Adilxanov vurub.
Bununla da ardıcıl ikinci qələbəsini qazanan “Şamaxı” xalını 27-yə çatdırıb və 7-ci pillədə qərarlaşıb. 6-cı pillədəki “Neftçi” də eyni xala malikdir və əyalət komandasından şəxsi göstəricilərdə üstündür.
4 turdur qələbə qazana bilməyən “Sabah” isə 34 xalla 5-ci pillədə yer alır.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında lider “Qarabağ”a uduzub – 1:3. Bu gün saat 17:30-da “Zirə” – “Səbail” oyunu start götürəcək. Martın 10-da isə “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” oyunları keçiriləcək.