1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Atletiko Madrid"in ikinci komandasının futbolçusu rəqib oyunçuya qarşı iyrənc hərəkəti ilə yadda qalıb.
Oxu.Az xəbər verir ki, xoşagəlməz hadisə "Atletiko Madrid B" - "Real Mursiya" matçında qeydə alınıb.
Belə ki, Madrid təmsilçisinin futbolçusu Omar Cənneh əvvəlcə dirsəyi ilə rəqib oyunçunun üzünə zərbə endirib.
Ardından o, ağrıdan yerə yıxılmış rəqibinə tüpürüb.