AZ

Ən varlılar məlum oldu: 2024-cü illə müqayisədə bəzilərinin sərvəti azalıb

Dünyanın ən varlı məşhurları bəlli olub. “Forbes” dünyanın ən zəngin məşhurlarını xalis gəlirinə əsasən müəyyənləşdirib. 2024-cü illə müqayisədə bəzilərinin sərvəti artarkən, bəzilərinin sərvəti azalıb.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, sərvəti azalanlar arasında Georq Lukas da var. Ötən il dünyanın ən varlı məşhurları sırasında olan Corc Lukasın sərvəti azalıb. "Forbes"in 2025-ci il üçün məlumatına görə, “Ulduz döyüşləri” rejissorunun sərvəti 5,2 milyard dollardır, halbuki 2024-cü ildə onun sərvəti 5,5 milyard dollar olub. Keçən il sərvəti 3,2 milyard dollar olan Maykl Cordanın hazırda 3,5 milyard dollar gəliri var. Bəzən ABŞ prezidentliyinə potensial namizəd kimi haqqında danışılan gündüz tok-şousunun aparıcısı Opra Uinfrinin sərvəti son bir ildə iki dəfə artıb. 2024-cü ildə ümumi sərvəti 2,8 milyard dollar olacaq Opra Uinfrinin hazırda 3 milyard dollar gəliri var. Adı qalmaqallarda hallanan Beyonsenin əri, prodüseri və müğənnisi Cey Zi 2,5 milyard dollar sərvətə sahibdir.”Üzüklərin əfəndisi” və “Hobbit” seriallarının rejissoru Piter Ceksonun sərvəti 1,5 milyard dollardır. Bu dəyər 2025-ci ildə dəyişməyib. Amerikalı aktyor və prodüser Tayler Perrinin sərvəti 1,4 milyard dollardır. Öz brendini yaradan dünya şöhrətli müğənni Rihannanın sərvəti 1,4 milyard dollardır. Qolf üzrə dünya çempionu Tayqer Vudsun sərvəti 1,3 milyard dollardır. Məşhur basketbolçu Lebron Ceymsin sərvəti də olduğu kimi qalıb. 39 yaşlı basketbolçunun sərvəti 1,2 milyard dollar, Magik  Consonun sərvəti isə 1,6 milyard dollara çatıb. 34 yaşlı Teylor Sviftin sərvəti 2024-cü ildə 1,1 milyard dollar olub, 2025-ci il üçünsə sərvəti 1,6 milyard dollara yüksəlib.

Seçilən
11
sherg.az

1Mənbələr