AZ

Ehtiyatlı olun: “E 407”

Robert VaqnerNorbert Ştefanınrəhbərlik etdiyi almaniyalı alimlərdən ibarət qrup apardığı tədqiqatlardan sonra bu nəticəyə gəlib ki, karriqanı normadan artıq qəbul edən şəxslərdə nazik bağırsağın divarlarının incəlməsi başlayır.

“BMC Medicine” jurnalı yazır ki, təcrübələr zamanı eksperiment iştirakçılarının rasionuna iki həftə ərzində gündəlik dozanın 2-3 qatı miqdarında “E 407” əlavə edilib. Müşahidələr göstərib ki, bu maddəbağırsağın divar funksiyasını zəiflədir. Nəticədə bağırsağın daxilindəki möhtəviyyat onun xaricinə sızaraq, digər orqanların iltihabına rəvac verə bilər.

Bundan başqa, artıq çəkisi olan insanlarda “E 407” əlavəsi insulin həssaslığını azaldır. Ən pisi odur ki, beyinin hipotalamus adlanan hissəsində iltihab markerləri yaranmağa başlayır. Qeyd edək ki, hipotalamus iştahı və qanda şəkərin miqdarını tənzimləyir. Yəni karriqanbədəndə şəkər mənimsənilməsinə mənfi təsir göstərə bilər.Xüsusilə də artıq çəkili insanlarda. Yaşlı insanlarda bu problem daha qabarıq nəzərə çarpır.

Samir Quliyev
AzVision.az
Seçilən
28
azvision.az

1Mənbələr