AZ

Premyer Liqa: “Sabah” Şamaxıdan xalsız qayıtdı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 26-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

Burada “Şamaxı” “Sabah”ı qəbul edib. Şamaxı şəhər stadionunda baş tutmuş oyunu Cavid Cəlilov idarə edib. Ötən tur “Səbail”ə qalib gəlmiş əyalət təmsilçisi bu uğurun davamını gətirməyə çalışıb. Ayxan Abbasovun komandası bu oyundan öncə 24 xalla 7-ci pillədə qərarlaşmışdı. 34 xalla 5-ci olan, son üç turda ardıcıl heç-heçələrlə kifayətlənən “Sabah” isə qələbə həsrətinə Şamaxıda son qoymaq arzusundaydı.

Bu, “Şamaxı” ilə “Sabah”ın 21-ci çempionat qarşılaşması olub. Əvvəlki 20 oyunda əyalət təmsilçisi 7, paytaxt klubu 6 qələbə qazanmışdı, 7 görüş bərabərliklə yekunlaşmışdı. “Sabah” son 9 görüşdə bu rəqibinə qol vurmuşdu. Son 4 qarşılaşmada meydan sahibi olan komanda uduzmamışdı.

Bu oyunun taleyini isə bir qol həll edib. “Şamaxı” iddialı rəqibini məğlub yola salmaqla xallarının sayını 27-yə çatdırıb.

Premyer Liqa
26-cı tur
9 mart

“Şamaxı” – “Sabah” 1:0
Qol: Edqar Adilxanov, 30.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 12. Maykl Tuik, 32. Vasili Radenoviç, 93. Brahim Konate, 30. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 19. Fəxri Məmmədli, 33. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 70. Jesse Sekidika (k), 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.

Seçilən
10
arena.az

1Mənbələr