Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. "VAZ" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər - Rüstəmov Elşən Ələmqulu oğlu və Rüstəmov Həsən Vahid oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az