Bakı. Trend:
İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ)hərbi pilotu şəhid polkovnik-leytenant Məmmədli Famil Elman oğlununxatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, HHQ-nin bir qrup hərbiqulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin ictimaiyyətnümayəndələrinin də iştirak etdiyi tədbirdə hərbi pilotumuzunməzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsidərin hörmət və ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər şəhidimizin xatirəsinin hər zamanxalqımızın yaddaşında yaşayacağını və qürurla anılacağınıqətiyyətlə vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görəAzərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyininrəhbərliyinə minnətdarlıqlarını bildiriblər.