AZ

“Bu, məni incidirdi, bəzən həddən artıq ehtiraslı olurdum” - Səhvlərini etiraf etdi

“Barselona”nın sabiq baş məşqçisi Xavi Kataloniya klubundakı iş dövrünü (2021-2024) dəyərləndirib.

Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bəzi idarəetmə səhvlərinə yol verdiyini etiraf edib:

“Etiraf edirəm ki, bəzi idarəetmə səhvləri etmişəm. Serxio Busketsin gedişi bizi komandanın oyun tərzinə yenidən baxmağa məcbur etdi.

Üç hücumameyilli oyunçu ilə yarımmüdafiədə oynamağa üstünlük verirdim, ancaq bu, həmişə ən yaxşı variant deyildi.

Bununla belə, mənim təcrübəmə baxsaz – və mən öz məşqçilər heyətimi də daxil edirəm – çox müsbətdir.

Klub tarixinin ən pis dövrlərindən birini, bəlkə də, minilliyin əvvəlindən daha pis dövrlərdən birini yaşayırdı.

“Barselona”dakı tariximə görə gözləntilər çox böyük idi. Yəqin ki, bəzən klubla dərin emosional əlaqəm məni incidirdi, bəzən həddən artıq ehtiraslı olurdum, ancaq bu təcrübə mənim üçün əsl dərs oldu”.

“Barselona” Xavinin rəhbərliyi altında İspaniya çempionluğunu və İspaniya superkubokunu qazanıb.

Seçilən
4
sportinfo.az

1Mənbələr