AZ

Əvəzedicilər: “Qarabağ” “Araz”ı 4 qolla məğlub etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 26-cı tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Araz-Naxçıvan”ın ikinci komandası ilə qarşılaşmış “Qarabağ”ın əvəzediciləri darmadağına seviniblər.

26-cı turun qalan görüşləri martın 10-da və 11-də keçiriləcək.

Əvəzedicilər Liqası
26-cı tur
9 mart

“Araz-Naxçıvan-2” – “Qarabağ-2” 1:4
Qollar: Nicat Quliyev, 82 – Rüstəm Əlizadə, 37. Nihat Mehralıyev, 48. Qurban Səfərov, 56. Ayaz Mikayılov, 78.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Sevda Nuriyeva, Əli Əliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.

10 mart

“Zirə-2” – “Səbail-2”
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 14:00.

“Şamaxı-2” – “Sabah-2”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 15:00.

11 mart

“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Fərid Hacıyev, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Nəriman Ağayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 18:00.

Seçilən
3
1
arena.az

2Mənbələr