ABŞ dövlət katibi Marko Rubio 10-12 mart tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək və burada münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna nümayəndə heyəti ilə görüşəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus deyib.
“Rubio Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla da görüşərək regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək”, - Bryus bildirib.