“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 26-cı turunda “Araz-Naxçıvan”ı məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?
- Oyun gərgin keçdi. Maraqlı qarşılaşma alındı. Bilirdik ki, “Araz-Naxçıvan” güclü rəqibdir. Elə hesabı açmaları da göstərdi ki, işimiz çətin olacaq. Amma təslim olmadıq, sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq.
- Fasilədə Qurban Qurbanov sizə hansı tapşırıqları verdi? Çünki ikinci 45 dəqiqədə daha üstün futbol sərgilədiniz.
- Mən oyuna ikinci hissədə qoşuldum. Ona görə də fasilədə baş məşqçinin nə dediyini bilmirəm. Ümumilikdə bəli, iki fərqli hissə izlədik. İkinci 45 dəqiqədə öz oyunumuzu sərgilədik və qalib gəldik.
- Meydandakı gərginlik nədən qaynaqlandı, nə baş verdi həmin anda?
- Dəqiq bilmirəm. Mən bir qədər kənarda idim. Sonradan ora yaxınlaşdım ki, futbolçuları aralaşdırım. Felipe Santos isə üzümə zərbə endirdi və yıxıldım yerə.
- Düşünmürsünüz ki, həmin epizodda hakim sizə qarşı güzəştə getdi?
- Mənə güzəştə getdi?
- Bəli. Hər halda Santosun boğazından ikiəlli tutmuşdunuz.
- Santosun boğazından tutdum, sadəcə məqsədim aralaşdırmaq idi. Başqa niyyətim yox idi.
- Yəni iddia edirsiniz ki, siz tərəfindən heç bir kobudluq yox idi?
- Xeyr. Dediyim kimi, məqsədim sadəcə futbolçuları aralaşdırmaq idi.
İdman.biz