Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Publika.az xəbər verir ki, cüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açıb.
Atışma nəticəsində həmin şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib. Onun durumunun necə olduğu açıqlanmayıb.
Məlumata görə, hadisə zamanı Prezident Donald Tramp Ağ Evdə olmayıb. Onun Floridada iqamətgahında olduğu bildirilib.