AZ

Qobustanda daşla dolu “Kamaz” TIR-la toqquşdu - VİDEO

Azərbaycanda iki yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. 
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, mişar daşı ilə yüklü olan “Kamaz”la TIR toqquşub. 
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Digər təfərrüatlar barədə  məlumat verilmir. 

 

Namiq Musayev
 

Seçilən
6
avtosfer.az

1Mənbələr