1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ukraynayönümlü fəallar ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensi üç yaşlı qızı ilə gəzinti zamanı təqib ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, etirazçılar şüarlar səsləndiriblər və övladını qorxudublar. Vitse-prezident onların gəzintiyə mane olmasını dayandırmaqdan ötrü fəallarla bir neçə dəqiqə danışmaq qərarına gəlib:
"Hörmətin gözlənildiyi söhbət oldu, amma siz siyasi etiraz xətrinə üç yaşlı uşağı təqib edirsinizsə, iyrənc adamlarsınız".