Ağ Ev yaxınlığında ABŞ Məxfi Xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Məxfi Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Məxfi Xidmət dünən İndiana ştatından intihar etmək niyyətində olan silahlı şəxsin paytaxt Vaşinqtona səfər edə biləcəyi barədə məlumat alıb. Yerli vaxtla gecə yarısı Ağ Evin yaxınlığında bu təsvirə uyğun bir şəxs və onun avtomobili aşkar edilib və şübhəlinin silahlı olduğu müşahidə olunub. Daha sonra atışma baş verib.
Açıqlamada şübhəlinin xəstəxanaya yerləşdirildiyi və hadisə zamanı başqa xəsarət alanların olmadığı qeyd olunub.