AZ

Alman Dəmir Yolları sərnişinlərinə 200 mln. dollardan çox ödəniş edib

Almaniyada nəqliyyatda yaşanan problemlər ciddi maddi itkilərə səbəb olub.  

Valyuta.Az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərlərə görə, 2024-cü ildə reyslərin ləğvi və gecikmələr səbəbindən 6,9 milyon sərnişin Alman Dəmir Yolları "Deutsche Bahn"a ("DB") təzminat tələbi irəli sürüb.  

"DB", 2024-cü ildə reys ləğvləri və qatar gecikmələri səbəbindən ümumilikdə 196 milyon 800 min avro (214 milyon dollar) gecikmə ödənişi həyata keçirib.  

Bu məbləğ, qurumun bu günə qədər ödədiyi ən yüksək təzminat kimi tarixə düşüb.  

Alman Dəmir Yollarında qatar reyslərinin ləğvi və gecikmələrinin əsas səbəbi kimi dəmir yolu infrastrukturunun baxımsız olması göstərilib.  

DB rəsmilərinin məlumatına görə, 2024-cü ildə baş verən reys ləğvlərinin və gecikmələrin 80 faizi baxımsız və həddindən artıq yüklənmiş infrastrukturla bağlı olub.  

Qeyd edək ki, Almaniyada uzaq məsafəli qatarlar 60 dəqiqədən çox gecikərsə, biletin qiymətinin 25 faizi, 120 dəqiqədən çox gecikmə halında isə 50 faizi geri ödənilir.  

Rəsmi göstəricilərə əsasən, hər üç sürət qatarından biri təyinat nöqtəsinə gec çatır. 

Rəhim

Seçilən
6
valyuta.az

1Mənbələr