AZ

Ərdoğanın baş müşaviri: Yeni konstitusiya ölkəni parçalamaq istəyənlərə qarşı mübarizəni gücləndirəcək

Türkiyənin yeni konstitusiyası ölkəni parçalamaq məqsədi daşıyan imperialist layihələrə qarşı təhlükəsizlik zəmanətlərini gücləndirəcək.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin baş müşaviri, Prezidentin Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum deyib.

O bildirib ki, Türk xalqı, Türk vətəndaşlığı, dövlətin dili kimi anlayışlarla mübahisə yaradaraq ölkənin parçalanmasına yönəlik layihələrə yol açacaq addımlara qarşı mübarizə gücləndiriləcək.

Qeyd olunub ki, yeni anayasanın ruhu 1921 və 1924-cü il konstitusiyasının ruhundan fərqlənəcək: “Yeni konstitusiya 2023-cü ilin ruhunu daşımalı və cümhuriyyətimizin yüzilliyinə bir nümunə kimi görünməlidir”.

Seçilən
5
4
report.az

5Mənbələr