AZ

Bu ölkədə dəmir yolları şirkəti sərnişinlərə 197 milyon avro ödədi: gecikmələrə görə...

Alman dəmir yolları şirkəti (Deutsche Bahn) ötən il gecikmələrə görə sərnişinlərə rekord məbləğdə - 197 milyon avroluq təzminat ödəyib.

Publika.az xəbər verir ki, sərnişin təyinat nöqtəsinə planlaşdırılandan ən azı 60 dəqiqə gec çatdıqda biletin məbləğinin 25 faizi, 120 dəqiqə və daha çox gecikmə olduqda isə 50 faizi geri qaytarılır. Ötən il təzminat tələbi ilə 6,9 milyon müraciət daxil olub. Bu müraciətlər əsasında 196,8 milyon avro ödənilib. Bu rəqəm 2023-cü ildə 132,8 milyon, 2022-ci ildə isə 92,7 milyon avro təşkil edib.

Ötən il gecikmələrin 80 faizi köhnəlmiş və həddindən artıq yüklənmiş infrastrukturla bağlı olub. 2024-cü ildə qatarların üçdə birindən çoxu gecikib.

Seçilən
7
4
publika.az

5Mənbələr