AZ

Azərbaycan güləşçiləri U-23 Avropa çempionatında

Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar.

Sərbəst güləş
57 kq

Rəhman İmanov təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjova tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Rəhman üçüncü yer uğrunda ukraynalı Vladyslav Abramovla güləşəcək.

61 kq
Ceyhun Allahverdiyev albaniyalı Endrio Avdyliyə tam üstünlüklə (10:0), türkiyəli (U23) Avropa ikincisi Tolqa Özbəkə isə 6:3 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Ceyhun yarımfinalda Şimali Makedoniya təmsilçisi Bəşir Aliliylə qarşılaşacaq.

65 kq
Murad Haqverdiyev təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarova 5:4 hesabıyla qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazandı. Murad üçüncü yer uğrunda moldovalı Fyodor Keavdari ilə güləşəcək.

74 kq
Ağanəzər Novruzov moldovalı İon Markuya sonuncu xal prinsipinə əsasən (1:1), italiyalı Raul Kasoya isə 5:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Ağanəzər yarımfinalda almaniyalı Manuel Vaqinlə qarşılaşacaq.

86 kq
Arseniy Djioyev ermənistanlı Razmik Yepremyana tam üstünlüklə (10:0), moldovalı Yevgeni Mihalkeana isə 6:4 hesabıyla qalib gələrək yarımfinala yüksəldi. Arseniy yarımfinalda bolqarıstanlı Radomir Stoyanovla qarşılaşacaq.

92 kq
Sadiq Mustafazadə Şimali Makedoniya təmsilçisi Recep Haydariyə 9:4, albaniyalı Albin Pepoşiyə isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəldi. Sadiq yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (UWW) qarşılaşacaq.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:45-də, medallar uğrunda görüşləri isə 21:00-da başlayacaq.

İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr