AZ

Ağ Evin yaxınlığında atışma olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağ Evin yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Məxfi Xidmətinin mətbuat katibi Entoni Qulyelmi "X" sosial şəbəkə hesabında məlumat verib.
İnsidentin martın 9-na keçə gecə baş verdiyi bildirilir. Həmin vaxt Prezident Donald Tramp Ağ evdə deyil, Floridada iqamətgahında olub.
Xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Onun avtomobili Ağ Evin yaxınlığında aşkarlanıb. Polis yaxınlaşan zaman isə şübhəli atəş açmağa başlayıb.
Atışma nəticəsinə yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Onun durumunun necə olduğu açıqlanmayıb.
Seçilən
15
29
oxu.az

10Mənbələr