AZ

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokununbağlanış mərasimi olub.

Trend-inməlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdəyarışın son günündə qalib olan idmançılara medallar təqdimedilib.

Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızınheyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxrikürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələrivə digər rəsmi şəxslər təqdim ediblər.

Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə,kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaqüçün mübarizə aparıblar.

Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvanTixonov isə səkkizinci yeri tutublar.

Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalınıtoplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdimolunub.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.

Seçilən
2
15
az.trend.az

10Mənbələr