Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə silahlı şəxs arasında atışma olub.
Bu barədə ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi məlumat verib.
“Hadisə martın 9-na keçən gecə baş verib”, – o bildirib.
Məlumata görə, xüsusi xidmət orqanları silahlı şəxsin İndianadan Vaşinqtona gəldiyi, intihar etmək niyyətində olduğu barədə məlumat alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşdıqda həmin şəxs odlu silahı çıxarıb və bu, qarşıdurmaya səbəb olub.
Qeyd edilib ki, atışma nəticəsində yaralanan şübhəli xəstəxanaya aparılıb.
Hadisə zamanı Məxfi Xidmət əməkdaşlarından xəsarət alan olmayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, hadisə zamanı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə olmayıb.//globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta