Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.
Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.
Publika.az Modern.az-a istinadən xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.
"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".
Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb: