AZ

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı Gəncədə davam edir — FOTOLAR

Gəncə Dövlət Filarmoniyasının 90 illiyinə həsr olunmuş Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının beşinci günü Beynəlxalq Muğam Mərkəzində Xəzər Universitetinin Orkestrinin müşayiəti ilə "Sevgi nəğmələri" adlı konsert proqramı baş tutub. 

Konsert proqramında Əməkdar artist Əliəhməd İbrahimov, gənc ifaçılar Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Günel Hacıyeva, Nigar Əsgərova, Nuray Şuşalı, Nurlan Gəncəli (qoboy), Bülbül Vokal Məktəbinin tələbəsi İbrahim Quliyev "Gülərəm gülsən", "Gülüm", "Azərbaycan elləri", "Laylay", "Gecə keçdi", "Mən səni araram", "Azərbaycan elləri", "Evləri var xana-xana", Qoboy və fortepiano üçün “Qızların rəqsi”ni səsləndiriblər. Gecədə ifaçıları fortepianoda orkestrin bədii rəhbəri, Əməkdar artist Zülfiyyə Sadıqova müşayiət edib.

Həmin gün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  Filarmoniyanın Kamera Orkestrinin müşayiəti, dirijor Xalq artisti, Rafael Bayramovun rəhbərliyi ilə Xalq artisti  Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Rüstəm Cəfərov, Vasif Bayramov, Elmir Pişnamazzadənin ifasında "Sevil" operasından Balaşın və Dilbərin mahnısı, "Azərbaycan dağlarında", "Dağlar qızı Reyhan", "Ulduz" romansı səsləndirilib.

















Seçilən
6
1
demokrat.az

2Mənbələr