Sabah Ramazan ayının 10-cu günüdür.
"Unikal" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən sabah imsak saat 05:35, iftar isə saat 18:56-dadır.
İmsak duası:
"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin".
Tərcüməsi:
"İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan və Özünə yaxınlardan qərar ver Öz yaxşılığınla, ey istək sahiblərinin son Qayəsi!"
Allah orucunuzu qəbul etsin!