AZ

Cəbrayıl, Zəngilan və Füzuli rayonlarında buraxılış imtahanı keçirildi

Martın 9-da Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Publika.az xəbər verir ki, Füzuli şəhəri 1 №-li Mirzə Uluqbəy adına tam orta məktəbdə 25 şagird, Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbdə 5 şagird, Zəngilan rayon Ağalı kənd tam orta məktəbdə 6 şagird imtahanda iştirak edib.

Cəbrayıl şəhər M. Mehdizadə adına tam orta məktəbdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib.

İşğaldan azad edilən rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi və 3 imtahan rəhbəri cəlb edilib və imtahanlara ümumilikdə 36 şagird qatılıb. İmtahanlar bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. İmtahanlar bütün binalarda təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Seçilən
15
9
publika.az

10Mənbələr