"Bizim üçün önəmli qələbə idi. Hər xal qızıla bərabərdir”.
QOL.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 26-cı turunda "Sabah"a evdə qalib gəldikləri oyundan (1:0) sonra bildirib.
O deyib ki, müsbət nəticələrin davamlı şəkil alması xoşdur: “Buna ehtiyacımız var idi. Mövqeyimizi yaxşılaşdırdıq. Azarkeşlərin dəstəyi ilə qələbə qazandıq. Çempionatdakı mübarizə getdikcə gərginləşir.
Berezutski vaxt uzatdığımızı dedi? Yanaşmam başqadır. Bu, normaldır. İkinci hissədə daha çox nəticə haqda düşünürdük. Həmkarımın sözlərini normal sayıram.
Edqar milliyə? Gəlin tələsməyək. Onun çox yaxşı potensialı var. Amma öz üzərində işləməlidir. Bu gün millidə oynamağa hazır deyil. Belə davam etsə, gələcəkdə çağırıla bilər”.
A.Abbasov bildirib ki, komandaya bir futbolçu gəlib: “Tibbi baxışdan keçəndən sonra müqavilə bağlayacağıq. Yeni oyunçu hücumçudur. Belajdi Pusinin gedişindən sonra forvarda ehtiyac hiss olunurdu" (fanat.az)