AZ

Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi

Almaniyanın Hamburq hava limanında martın 9-na planlaşdırılmış bütün təyyarə enişləri və uçuşları ləğv edilib.

Azreform.info xəbər verir ki, bu barədə Hamburq aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb kimi hava limanı əməkdaşlarının tətil keçirmələri göstərilir: "Tətili heç bir xəbərdarlıq etmədən "Ver.di" adlı həmkarlar ittifaqı təşkil edib".

Həmkarlar ittifaqı aeroport işçiləri üçün maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edir.

Seçilən
41
8
azreform.info

9Mənbələr