AZ

Bakıda iki bitişik evdə yanğın oldu

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan kürsülü, ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media

Seçilən
7
12
bizim.media

10Mənbələr