“ABŞ Prezidenti Donald Tramp mədən sazişi bağlandıqdan sonra Ukraynaya hərbi dəstəyi bərpa etməyəcək”.
Bu barədə “NBC News” telekanalı ABŞ prezident administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.
“Tramp özəl olaraq köməkçilərinə açıq şəkildə bildirib ki, Vaşinqton və Kiyev arasında mümkün mədən sazişi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək üçün kifayət etməyəcək”, – deyə telekanal bildirib.
Bundan əlavə, Amerika lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh danışıqları prosesinə yanaşmasının dəyişəcəyini gözləyir:
“Tramp Ukrayna liderinin güzəştə getmək istəyinə, o cümlədən ərazilərin Rusiyaya verilməsinə ümid edir. O, həmçinin Zelenskinin Ukraynada seçkilərin keçirilməsi üçün addımlar atmasını və dövlət başçısı vəzifəsindən getməsini təklif edir”./globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta