AZ

Bu adada 105 min dollara vətəndaşlıq verilir

Kiçik ada dövləti Nauru vətəndaşlığı 105 min dollara satır.

NOCOMMENT.az lent.az-a istinadən xəbər verir ki, Sakit Okeanın qərbində yerləşən ada suyun səviyyəsinin qalxması, tufan dalğaları və sahil eroziyasına görə daşqın təhlükəsi ilə üzləşib.

Ölkənin iqlim böhranından qorunmaq üçün resursları yoxdur, buna görə də hökumət “qızıl pasport” proqramını işə salmaq qərarına gəlib.

Onlar satışdan əldə olunan gəliri təxminən 12500 nəfərdən ibarət adanın əhalisinin 90%-ni daha yüksək yerə köçürmək üçün istifadə etməyi planlaşdırırlar.

“Dünya iqlim dəyişikliyi ilə mübarizə üçün tədbirləri müzakirə edərkən, biz ölkəmizin gələcəyini təmin etmək üçün fəal addımlar atmalıyıq” deyə Nauru Prezidenti David Adanq bildirib.

Nauru pasportu Böyük Britaniya, Sinqapur və BƏƏ də daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı verir. Lakin cinayəti olan şəxslər pasport ala bilməyəcəklər.

Seçilən
7
3
nocomment.az

4Mənbələr