AZ

Bu oyunçu da “Qarabağ”ı tərk edə bilər

"Qarabağ"ın futbolçusu Patrik Andradenin Ağdam klubundakı taleyi hələ ki bəlli deyil.
Bizim.Media xəbər verir ki, kabo-verdelinin komandada ayrılmaq ehtimalı da var.

Belə ki, Ağdam klubu Andrade ilə yoluna davam edib-etməyəcəyinə də qərar verməyib. Bu sezon çox oynamamasına və əsas heyətə düşə bilməməsinə görə Andradenin komandadan ayrıla biləcəyi də gözlənilir. Amma "Qarabağ" onunla müqavilə müddətini 1 illik artırmaq haqqına sahibdir.

Patrikin "Qarabağ"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 15-də "Partizan"dan "Qarabağ"a geri qayıtmışdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr