AZ

BİABIRÇILIQ! Bu liqada bütün komandalara ona görə “qan uddururlar” - VİDEO

Premyer Liqada avrokubok və elitadan düşmə zonasında gərginlik yaşanır deyə, aşağı dəstədəki oyunlar kölgədə qalır.

Hər nə qədər acı səslənsə də, etiraf etməliyik ki, mətbuat I Liqaya xüsusi diqqət ayıra bilmir.

Oyunların sayt və televiziyalarda xüsusi şəkildə işıqlandırılmaması səbəbindən hakimlər 90 dəqiqə boyunca istədiyini edir, şübhəli qərarlarla yadda qalırlar.

Elitaya vəsiqə qazanacaq komandaların imkanları və adları böyük ölçüdə məlum olduğuna görə son həftələrdə əsas diqqət sonuncu pilləni hansı komandanın tutub II Liqaya yuvarlanacağına yönəlib.

Dünənə qədər ən real namizəd “Mingəçevir” idisə, “işıqlar şəhəri”nin təmsilçisi yeni sponsorun gəlişindən və hakimlərin “Qaradağ Lökbatan”ın başına açdıqları oyunlardan sonra işıqlı dünyaya çıxıb.

Referilər Lökbatan təmsilçisinin son oyunlarında aşkar penaltilərə müxtəlif cür don geyindirməklə liqada qalmaq uğrunda mübarizə aparan komandanı vacib xallardan edib.

Verilən qərarları diqqətlə incələdikdən sonra “hakim də insandır, səhv edə bilər” deyiminin mövcud durumla uzlaşmadığını anlayırsan.

Bir hakim səhv edər, ikinci yanlışa yol verər, lakin bu hal sistematik olaraq təkrarlanırsa və “Qaradağ Lökbatan” göz görə-görə kuncə sıxışdırılırsa, burada kimlərinsə hansısa maraqlarının olmasına dair böyük şübhələr yaranır.

Əks halda, bu qədər “səhv” nəyə görədir?

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
13
sportinfo.az

1Mənbələr