Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə fasilələrlə dumanlı hava şəraitinin olacağı gözlənilir.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Dumanlı hava şəraiti ilə əlaqədar bəzi yerlərdə görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.