"Barselona"nın ulduz futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" Rafinyanı yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə "Relevo" məlumat yayıb.
Ərəblər braziliyalı oyunçu üçün İspaniya nəhənginə 100 milyon avroluq təklif irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2024/25 mövsümündə "Barsa"nın forması ilə 40 oyuna çıxıb və 25 qola, 18 məhsuldar ötürməyə imza atıb.